Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Azərbaycan yığması FİFA-nın reytinqində iki pillə irəliləyib


Azərbaycan millisi ötən reytinqdə 109-cü yerdə qərarlaşmışdı

Azərbaycan millisi ötən reytinqdə 109-cü yerdə qərarlaşmışdı

Azərbaycanın futbol yığması FİFA-nın növbəti aylıq reytinqində iki pillə irəliləyərək 107-ci yerə yüksəlib. Millinin Avropa Çempionatı -2008-dəki rəqiblərindən Portuqaliya yığması siyahıda 10-cu yerdədir. Ötən ayla müqayisədə Portuqaliya iki pillə geriləyib. Yığmanın digər rəqiblərindən Serbiya 18-ci, Polşa 20-ci, Finlandiya 38-ci, Belçika 69-cu, Ermənistan 81-ci, Qazaxıstan isə 115-ci sırada qərarlaşıb.


Reytinq siyahısına Braziliya millisi rəhbərlik edir. Argentina ikinci, İtaliya isə üçüncü yerdədir.


Postsovet ölkələrindən ən yaxşı nəticə yenə Ukrayna millisinə məxsusdur -15-ci yer. Rusiya yığması 24-cü sırada qərar tutub.


Türkiyə komandası isə reytinqdə 22-ci pillədədir.


XS
SM
MD
LG