Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

İran Azərbaycanının qadın fəallı evini tərk edə bilmir


Avqustun 20-də Təbrizin ETTELAAT məmurları qadın fəallardan Şahnaz Qulamini həbs etmək üçün onun Təbrizdəki evini nəzarətə götürüblər.


Təbrizdən alınan məlumata əsasən xanım Qulami bir neçə dəfə telefon vasitəsi ilə məhəllənin ETTELAAT idarəsinə çağırılıb. Lakin o, bildirib ki, yazılı və qanuni sənəd göstərilmədən şöbəyə gəlməyəcək.


ETTELAAT məmuru isə fəalın sözlərinə məhəl qoymadan evinə üç silahlı əməkdaş göndərib. Şahnaz Qulami qapını sənədlərini təqdim etməyən bu şəxslərin üzərinə aşmaq istəməyib.


ETTELAAT əməkdaşları evi nəzarətə götürüblər və fəalın küçəyə çıxmasını gözləyirlər. Şahnaz Qulami də tutulmamaq üçün evdən bayıra çıxmır.


Başqa məlumata görə Ərdəbil İnqilab Məhkəməsi Geştab Vasiqi və Mahmud Aslani adlı iki fəalı azadlıqdan məhrum edib. «Güney Səsi» xəbər saytına əsasən, onların hər birinə dörd il həbs cəzası verilib.


Onlar dövlət əleyhinə şüarlar səsləndirmək və millətçilikdə ittiham olunublar.


Bu şəxslər 7 ay əvvəl Ərdəbil həbsxanasının qarşısında aksiya keçirdikləri zaman tutulmuşdular. Onlar digər fəallarla birlikdə Abbas Lisaninin qanunsuz həbsinə etiraz edirdilər.


XS
SM
MD
LG