Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:00

İki aksiyaçı həbs edildi


Aksiya İranın Bakıda səfirliyi önündə keçirilməli idi
Aksiya İranın Bakıda səfirliyi önündə keçirilməli idi

Avqustun 22-də İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd zamanı saxlanan iki nəfər - Dünya Azərbaycanlıları Konqresinin üzvləri Rəşad Quliyev və Səttar Rəhimli barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib və onlar Bakı Şəhər Baş Polis İdarəsinin Qara şəhərdəki müvəqqəti saxlanma məntəqəsinə göndəriliblər. Üç aksiyaçı isə Səbail Rayon Məhkəməsinin qərarıyla 22 manat cərimə edilərək sərbəst buraxılıb.


İran səfirliyi qarşısında aksiyaya cəhd zamanı Səbail polisi 11 nəfəri saxlayıb. Onlardan 6 nəfəri Səbail Rayon 9-cu Polis Bölməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Qalan 5 nəfər isə Səbail Məhkəməsinə aparılıb.


Aksiya zamanı polis hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinin işləməsinə mane olub. Jurnalistin fotoaparatını alaraq, çəkdiyi şəkillərin hamısını pozub.


Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə təşkil edilən aksiyada məqsəd İran prezidentinin Azərbaycanda olduğu ərəfədə bu ölkədəki azərbaycanlıların hüquqlarının pozulması iddialarına etiraz etmək olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG