Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

«Bəzi qüvvələr İran-Azərbaycan dostluğunu istəmir»


Əhmədinejad: «İran-Azərbaycan münasibətləri digər dövlətlərə nümunə olmalıdır»
Əhmədinejad: «İran-Azərbaycan münasibətləri digər dövlətlərə nümunə olmalıdır»

Azərbaycana ilk rəsmi səfərə gəlmiş İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan və İranın bir qrup agentlik və televiziyaları üçün mətbuat konfransı keçirib.


APA-nın məlumatına görə, M. Əhmədinejad İran və Azərbaycan xalqları arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu, iki ölkə arasında münasibətlərin müxtəlif səviyyələrdə inkişaf edərək daha da dərinləşdiyini bildirib.


Azərbaycan prezidenti İlham Əliyevlə dünənki danışıqları xatırladan rəsmi qonaq həmin görüşdə iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşməsi istiqamətində müzakirələr aparıldığını söyləyib: «Danışıqlarda bölgədə sülh və əmin-amanlıq, tərəqqi əsas müzakirə mövzusu oldu, iki millətin daim inkişaf və tərəqqi etməsinin zəruriliyi qeyd edildi. Biz hesab edirik ki, Azərbaycanın əmin-amanlığı, inkişafı, sabitliyi İranın əmin-amanlığı, inkişafı və sabitliyidir».


Əhmədinejad İran və Azərbaycanın böyük potensialının olduğunu bildirib: «Həm Azərbaycanın, həm də İranın potensial və təcrübəsi hamıya açıqdır. Biz elmi, müştərək sərmayə qoyuluşu və beynəlxalq səviyyədə normal əməkdaşlıq edirik. Bizim əməkdaşlığımıza, münasibətlərimizin inkişafına heç bir maneə yoxdur. Lakin bəzi qüvvələr bizim dostluğumuzu istəmir, bundan təlaşlanır, araya ixtilaf salmaq istəyir. Lakin səhv edirlər. İran və Azərbaycan qardaş xalqlardır və bu xalqlar onlara gülür. Bizim xalqlarımızın perspektivi çox aydındır, qarşılıqlı münasibətlər yüksək səviyyədə qurulub və inkişaf edir. İran-Azərbaycan münasibətləri digər dövlətlərə nümunə olmalıdır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG