Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Milis polkovnik-leytenantı narkotik alveri edirmiş


Moskvada narkotiklərin qanunsuz ticarəti ittihamı ilə Federal Narkotiklərə Nəzarət Xidmətinin (FNNX) yüksək rütbəli əməkdaşı həbs olunub.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına əsasən, FNNX-nin Moskva İdarəsinin şöbə rəisi, milis polkovnik-leytenantı internet vasitəsilə narkotiklər və güclü təsirə malik preparatların satışını təşkil edib.


Onun qadın şəriki olub. Mənzilində axtarış vaxtı bir kiloqramdan çox geroin tapılıb.


Bir neçə maddə üzrə ona cinayət işi açılıb.


XS
SM
MD
LG