Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:46

Ali Məhkəmə Eynulla Fətullayev barədə həbs qərarını qüvvədə saxladı


Bu il aprelin 20-də Eynulla Fətullayev 2 il 6 ay həbs cəzası alıb

Bu il aprelin 20-də Eynulla Fətullayev 2 il 6 ay həbs cəzası alıb

Avqustun 21-də Ali Məhkəmə «Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev haqda Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə Eynulla Fətullayev 2 il 6 ay həbs cəzası alıb. Ona qarşı Xocalının bir qrup sakini adından Tatyana Çaladze məhkəmə iddiası qaldırmışdı. Baş redaktor böhtan məlumatlar yaymaqda və xocalıları təhqir etməkdə günahlandırılırdı. Daha sonra isə Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdı.


Fətullayevin vəkili İsaxan Aşurov deyir ki, əslində, avqustun 21-i Ali Məhkəmədə keçirilən proseslə bağlı onlara əvvəlcədən məlumat verilməyib. Ona görə də Ali Məhkəmənin hakimi müdafiə tərəfinin iştirakı olmadan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bunu növbəti ədalətsizlik adlandıran vəkil deyir ki, artıq Eynulla Fətullayevin sənədləri hazırlanıb və yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG