Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

«Beynəlxalq təşkilatlarla əlaqələr daha da gücləndirilməlidir»


Cəlaloğlu deyir ki, müzakirələrdə müxalifətin üzərinə düşən vəzifələrdən də bəhs edilib

Cəlaloğlu deyir ki, müzakirələrdə müxalifətin üzərinə düşən vəzifələrdən də bəhs edilib

«Biz istəyirik ki, beynəlxalq təşkilatlar Azərbaycanda demokratikləşmə prosesinə daha ciddi dəstək versinlər».


Bunu «Azadlıq» radiosuna ADP sədri Sərdar Cəlaloğlu bir sıra müxalifət partiyalarının avqustun 21-də Müsavat Partiyasının qərərgahında keçirilən toplantısından sonra deyib. Onun sözlərinə görə, toplantıda Azərbaycan müxalifəti ilə beynəlxalq təşkilatların əlaqələri mövzusunda Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun hazırladağı təhlil müzakirə edilib. Orada əsasən, bir məsələ ətrafında fikirlər dinlənib: Necə etmək olar ki, beynəlxalq təşkilatları Azərbaycanda baş verən proseslərə daha çox cəlb etmək mümkün olsun?


Sərdar Cəlaloğlu deyir ki, müzakirələrdə Azərbaycan müxalifətinin üzərinə düşən vəzifələrdən də bəhs edilib. Orada qeyd edilib ki, beynəlxalq təşkilatlarla əlaqələr daha da gücləndirilməlidir. Bundan ötrü isə müxalifətin əsas prioritetləri müəyyən edilməlidir. Sərdar Cəlaloğlu deyir ki, toplantıda bu prioritetlərin işlənib hazırlanması üçün qərar verilib.


Müzakirələrdə ADP, Müsavat, AMİP, Tərəqqi partiyalarının və Azərbaycan Naminə İctimai Forumun rəhbərləri iştirak edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG