Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:35

Yazıçılar Birliyi də ofisindən məhrum oldu


Hakimiyyət deyir ki, qurumlar dövlət mülkiyyətində olan binanı zəbt ediblər
Hakimiyyət deyir ki, qurumlar dövlət mülkiyyətində olan binanı zəbt ediblər
Avqustun 21-nə keçən gecə Tbilisi meriyasının Nəzarət Xidmətinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları «Literaturnaya Qruziya» qəzetinin redaksiyasını, Gürcüstan Xalq Cəbhəsinin qərargahını, Milli İstiqlal Partiyasının bürosunu, həmçinin Yazıçılar Birliyini Tbilisinin mərkəzindəki binadan çıxarıblar.

Hakimiyyət bəyan edir ki, bütün bu qurumlar dövlət mülkiyyətində olan və özəlləşdirməyə çıxarılacaq binanı zəbt ediblər.


Gürcüstan Xalq Cəbhəsinin rəhbəri professor Nodar Natadze köçürməni qanunsuz saydığını və bundan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəyini bildirib.


Yazıçılar Birliyinin İdarə Heyətinin sədri Makvala Qonaşvili də yardım üçün beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir. «Yazıçılar Birliyinin bütün əmlakı küçəyə atılıb. Dahi klassiklərimizin portretləri binanın pilləkənlərində, ayaqlar altındadır», - deyə Qonaşvili «Azadlıq» radiosuna bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG