Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40

Həbsxanada son 10 gündə ikinci ölüm hadisəsi olub


Avqustun 13-də 1 saylı Cəzaçəkmə Müəssisəsindəki məhbuslardan biri də qətlə yetirilib

Avqustun 13-də 1 saylı Cəzaçəkmə Müəssisəsindəki məhbuslardan biri də qətlə yetirilib

1 saylı Cəzaçəkmə Müəssisəsindəki məhbuslardan Adəm Səmədov vəfat edib. Məhbusun qohumları onun intihar etdiyini bildirirlər. Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov «Azadlıq» radiosuna ölüm faktını bədbəxt hadisə kimi dəyərləndirib.


Onun sözlərinə görə səhhətində ciddi problemlər olan Adam Səmədov cəzaçəkmə müəssisəsinin ikinci mərtəbəsinə qalxarkən ayağı ilişib yıxılıb. Bu zaman kəllə-beyin zədəsi alan məhbus penitensiar xidmətin müalicə müəssisəsinə göndərilsə də, onun həyatının xilas etmək mümkün olmayıb.


Mehman Sadıqovun sözlərinə görə mərhum 1 saylı cəza çəkmə müəssisəsinə cəmi 3 gün imiş gətirilibmiş.


1949-cu il təvəllüdlü Adəm Səmədov 15 il azadlıqdan məhrum edilib.


Bu artıq son 10 gündə həmin müəssisədə baş verən ikinci ölüm hadisəsidir. Avqustun 13-də 2 məhbus arasında yanan mübahisə nəticəsində onlardan biri qətlə yetirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG