Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

«Din» qasırğasının gücü maksimuma-beşinci kateqoriyaya çatıb


Meksikanın sahillərinə yaxınlaşan «Din» qasırğasının gücü ən yüksək-beşinci kateqoriyaya çatıb.


Bu barədə ABŞ-ın Qasırğaları Milli Proqnozlaşdırma Mərkəzinin mütəxəssisləri məlumat veriblər.


Küləyin sürəti saatda 255 kilometrə çatıb ki, bu da faciəvi dağıntılara səbəb ola bilər.


Meksika hakimiyyəti qasırğanın yaxınlaşdığı Yukatan yarımadasındakı kurortlardan turistləri çıxarıb. Meksika körfəzində neft platformaları bağlanıb.


Dünən qasırğa Yamaykanın keçib. Burada o, ağacları aşırıb, evlərin damını qoparıb, şiddətli yağışlar daşqınlarla nəticələnib.


Günün bütün mövzuları

XS
SM
MD
LG