Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

«O olmasaydı, Azərbaycanda dirijorluq məktəbi olmazdı»


1983-cü ildə ona Sovet İttifaqının ən yüksək mükafatı Sosialist Əməyi Qəhrəmanı adı verilib

1983-cü ildə ona Sovet İttifaqının ən yüksək mükafatı Sosialist Əməyi Qəhrəmanı adı verilib

Azərbaycan dirijoru və bəstəkarı Niyazinin (Niyazi Hacıbəyov) 95 yaşı tamam olur. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.


«Xosrov və Şirin» operasının (1942), «Çitra» baletinin (1961), «Zaqatala süitası» (1934), «Qaytağı» (1939), «Konsert valsı» (1954) və s. simfonik əsərlərin müəllifidir.


Niyazi 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. 1983-cü ildə isə ona Sovet İttifaqının ən yüksək mükafatı Sosialist Əməyi Qəhrəmanı adı verilib.


Niyazi Azərbaycan musiqi sənətinə bir sıra bəstəkarlar bəxş etmiş hacıbəyovlar nəslinin nümayəndəsi-Üzeyir Hacıbəyovun qardaşı oğlu idi.


Bəstəkarın yubileyi ilə bağlı keçirilən tədbirdə tələbələrindən biri dirijor Yalçın Adıgözəlzadə onun Azərbaycan musiqisində etdikləri əvəz olunmaz hesab edib: «O olmasaydı, Azərbaycanda dirijorluq məktəbi olmazdı».


Günün bütün mövzuları

XS
SM
MD
LG