Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:41

Hüquq müdafiəçisi Saleh Kamrani yenidən həbs edilib


Hüquq müdafiəçisi Saleh Kamrani Tehranın Evin həbsxanasına aparılıb

Hüquq müdafiəçisi Saleh Kamrani Tehranın Evin həbsxanasına aparılıb

İran məhkəmələrində bir çox Azərbaycan fəallarının və başqa milli azlıqların hüquqlarını müdafiə edən tanınmış vəkil Saleh Kamrani şənbə günü avqustun 18-də gecə saatlarında gizli şəkildə nəzarət altına alınıb.


O, Kərəc şəhərində bir toy məclisindən çıxıb Tehrandakı mənzilinə qayıdan zaman ETTELAAT məmurları tərəfindən tutulub, naməlum istiqamətə aparılıb.


«Urmu News» xəbər saytının verdiyi məlumata əsasən, Kamraninin həyat yoldaşı Mina Kamrani Kərəcin ETTELAAT idarəsi və İnqilab Məhkəməsinə müraciət etdikdən sonra onun nəzarət altına alınmasının səbəbi və harada saxlandığı haqda heç nə öyrənə bilməyib. Ancaq bir neçə saatdan sonra vəkilin Tehranın Evin həbsxanasına aparıldığını bildirilib.


Avqustun 10-da geniş miqyasda yayılan və İran həbsxanalarında Azərbaycan fəallarının işgəncəsinə etiraz edən bəyanatın sonunda da Saleh Kamraninin də imzası var.


Cənab Kamrani bundan öncə də dəfələrlə həbs edilib və «Amnesty International» Təşkilatının məlumatına görə işgəncələrə məruz qalıb. O, neçə ay əvvəl azad edilsə də, bu yaxınlara qədər hüquq müdafiəsi işinə qayıtmağa rəsmi icazə ala bilməmişdi.


Saleh Kamrani son vaxtlar İranın ərəb azlıqlarının hüquq müdafiəçisi Yusif Əzizi Bənitərəfin müdafiəsini üzərinə götürmüşdü. Tanınmış yazıçı və jurnalist Bənitərəf məhkəməsinin avqustun 28-də başlayacağı gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG