Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:23

Jurnalistlər Birliyinin binası boşaldılır


Bu, jurnalistlərin paytaxtın mərkəzindəki binalardan ikinci köçürülməsi halıdır

Bu, jurnalistlərin paytaxtın mərkəzindəki binalardan ikinci köçürülməsi halıdır

Avqustun 20-də səhər Gürcüstan Jurnalistlər Birliyinin binasına qəfildən Tbilisi meriyasının Nəzarət Xidmətinin və İqtisadi İnkişaf Nazirliyinin onlarla əməkdaşı gəlib. Onlar binada yerləşən bəzi qəzetlərin redaksiyasından binanı boşaltmağı tələb ediblər.

Məmurlar deyiblər ki, bina satılıb və sərmayəçi öz qanuni hüquqlarını reallaşdırmaq niyyətindədir.


Son bir neçə gündə bu, jurnalistlərin Gürcüstan paytaxtının mərkəzindəki binalardan ikinci köçürülməsi halıdır. Rəsmi səbəb binaların dövlətə məxsus olması və dövlət büdcəsinin doldurulması üçün auksionda satılması ilə əlaqələndirilir.


Vaxtilə redaksiyası Jurnalistlər Birliyinin binasında yerləşən «Kavkasiya» qəzetinin əməkdaşları qərardan şikayət veriblər. Onlar deyirlər ki, icarə haqqında müqavilə var. Ancaq cavabında hakimiyyət bildirir ki, nə Jurnalistlər Birliyi, nə də başqa fiziki və ya hüquqi şəxslərin binanı icarəyə vermək hüququ yoxdur, çünki onun sahibləri deyillər.


Günün bütün mövzuları

XS
SM
MD
LG