Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

Abdulla Gül prezident seçilə bilmədi


Seçkinin ikinci turu avqustun 24-də keçiriləcək

Seçkinin ikinci turu avqustun 24-də keçiriləcək

Avqustun 20-də Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin 11-ci prezidentini seçmək üçün keçirilən səsvermənin birinci turu başa çatıb. İlk turda heç bir namizəd seçilmək üçün lazım olan 367 səsi toplaya bilməyib.


Hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi, hazırkı Xarici İşlər naziri Abdulla Gül səsvermədə 341 səs ala bilib. Digər namizəd MHP-nin təmsilçisi, keçmiş Müdafiə naziri Səbahəddin Çakmakoğlu 70, DSP-nin təmsilçisi Hüseyn Tayfun İçli isə 13 səs toplayıb.


Seçkinin ikinci turu avqustun 24-də keçiriləcək. İkinci turda da prezident seçilmək üçün hər hansı namizəd səslərin üçdə ikisini (367 səs) toplamalıdır.


Bu ilin aprelində Türkiyə BMM-i prezidenti seçə bilməyib. Nəticədə ölkədə erkən parlament seçkiləri təyin edilib. Həmin seçkilərdə Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası qalib gəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG