Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:29

Avqustun 28-də jurnalistlərin iddia ərizəsinin icraata qəbul edilməməsindən verdiyi şikayətə baxılacaq


Səkkiz jurnalistin Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsinin icraata qəbul edilməməsindən verdiyi şikayətə Bakı Şəhər Apellyasiya Məhkəməsində baxılacaq. Media Hüququ İnstitutunun məlumatına görə, məhkəmə iclası avqustun 28-də olacaq.


İddiaçılar - jurnalistlər Rauf Abbasov, Azər Abbasov, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Nəcizadə, Qənimət Zahidov, Şahvələd Namazov və Mehman Əliyev 12 iyun 2007-ci il tarixdə mediaya basqılara son qoyulması tələbilə keçirmək istədikləri piketə imkan verilməməsi, aksiyanın polis tərəfindən dağıdılması ilə sərbəst toplaşma, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının, fikri ifadə etmək azadlıqlarının pozulduğunu iddia edirlər.


Sözügedən tarixdə bir qrup jurnalist Sabir bağında aksiya keçirməyə cəhd etsə də, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının təzyiqləri ilə üzləşib. Jurnalistlər məhkəməyə müraciət edərək polisin piketə müdaxiləsini qanunsuz hesab edən, jurnalistlərə zor tətbiq edən polis əməkdaşlarına cinayət işi başlanmasını, habelə cavabdehin hüquqları pozulan jurnalistlərə 10.000 AZN təzminat ödəməsini nəzərdə tutan qətnamə qəbul etməsini istəyib. Səbail Rayon Məhkəməsi isə iddianın icraata qəbul edilməməsini nəzərdə tutan qərardad çıxarıb. Həmin qərardaddan apellyasiya şikayəti verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG