Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:02

«Azərbaycan Almaniyanın önəmli tərəfdaşıdır»


«Azərabaycan ABŞ-la dost, Avropa Birliyilə müttəfiq olduğu üçün Almaniyanın da önəmli tərəfdaşıdır».


Bu fikirləri Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının üzvü, Azərbaycana gələn nümayəndə heyətinin rəhbəri Andreas Şopen Hoffun jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, onlar prezident və Baş nazirlə Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqedə olduqlarını deyən almaniyalı deputatın sözlərinə görə, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Almaniyalı deputatlar avqustun 21-də bölgələrə səfər edəcəklər.


XS
SM
MD
LG