Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:17

Fərəməz Novruzoğlu yenidən əməliyyat olunacaq


Jurnalist həbsxanada artıq bir dəfə əməliyyat olunub

Jurnalist həbsxanada artıq bir dəfə əməliyyat olunub

14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan «Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) avqustun 25-də yenidən əməliyyat olunacaq.


Bu barədə «Azadlıq» radiosuna onun həyat yoldaşı Tahirə Allahverdiyeva məlumat verib. Onunla sonuncu dəfə avqustun 17-də görüşdüyünü deyən xanım Allahverdiyevanın sözlərinə görə, F.Novruzoğlu hələ həbs edilməzdən iki ay əvvəl bağırsağındankı problemlə bağlı əməliyyat olunub. Həbsxanada onun səhhətində yenidən problemlər yaranıb. Bir neçə gün əvvəl isə həbsxananın müalicə mərkəzində əməliyyat olunub. Fərəməz Novruzoğlu indi özünü yaxşı hiss etsə də, həyat yoldaşı deyir ki, həkimlər ona bildiriblər ki, problemlər qaldığından jurnalist yenidən bir daha əməliyyət olunacaq.


Fərəməz Novruzoğlu bu ilin yanvarında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbarahimov şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəmə iddiası qaldıriblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG