Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24

Azərbaycanın 800 meqavat külək enerjisi ehtiyatı var


Azərbaycanda külək enerjisindən istifadə edilməsi üçün əlverişli şərait var

Azərbaycanda külək enerjisindən istifadə edilməsi üçün əlverişli şərait var

Azərbaycanın 800 meqavata yaxın külək enerjisi ehtiyatı var və bu ildə 4 milyard kilovat saat elektrik enerjisinə bərabərdir. Bu göstəricilər Azərbaycanda külək enerjisindən istifadə edilməsi üçün olduqca əlverişli şərait olmasını göstərir.


Məlumatı «Xəbərlər-Azərbaycan» agentliyi yayıb.


Bu fikirlər Cənubi Koreyanın «STX Energy Co» LTD şirkətinin Azərbaycanda reallaşdırmağa hazırlaşdığı Qobustan külək elektrik stansiyasının tikintisi layihəsinin təqdimat mərasimində səsləndirilib. Mərasim avqustun 20-də keçirilib.


Bildirilib ki, təqdim olunan layihədə gücü 20 meqavat olan külək enerjisi stansiyasının tikintisinə ilkin hesablamalara görə 40,7 milyon ABŞ dolları miqdarında sərmayə qoyuluşu planlaşdırılır. Sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, layihənin qəbul olunması üçün geniş müzakirələr keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG