Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:42

«Din» qasırğası Yamaykaya çatıb


Karib dənizində tüğyan edən «Din» qasırğası Yamaykaya çatıb.


Bütün xarici turistlər adadan çıxarılıb. Ərazidə komendant saatı elan olunub. Əhaliyə xüsusi sığınacaqlarda gizlənmək tövsiyə olunub. Hava limanları, mağazalar, mehmanxanalar bağlanıb.


Kuba, Kayman adaları, Meksika və ABŞ-ın cənubunda təbii fəlakətə hazırlaşırlar. Qasırğa üzündən Amerikanın «Endover» kosmik gəmisi Yerə bir gün əvvəl-avqustun 21-də qayıdacaq.


Qasırğa qüvvə toplamaqda davam edir. Küləyin sürəti saatda 230 kilometri ötür və şiddətli yağışlarla müşayiət olunur. Artıq beş adam fəlakətin qurbanı olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG