Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:52

Şimali və Cənubi Koreya liderlərinin görüşü təxirə salınıb


Seulun məlumatına əsasən, Şimali Koreya güclü daşqınlar üzündən sammiti başqa vaxta keçirməyi xahiş edib.


Şimali Koreya lideri Kim Çen İr ilə Cənubi Koreya prezidenti Ro Mu Xenin görüşü avqustun sonuna planlaşdırılırdı. Indi o, oktyabrın əvvəlində baş tuta bilər.


1950-53-cü il Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatdığından, iki dövlət 1953-cü ildən müharibə vəziyyətindədir.


XS
SM
MD
LG