Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:39

Türk təyyarəsini Türkiyə vətəndaşı və fələstinli qaçırıb


Təyyarədə heç kəs xəsarət almayıb
Təyyarədə heç kəs xəsarət almayıb
Türk təyyarəsini Türkiyə vətəndaşı və Suriya pasportlu bir fələstinli qaçırıb.

Bunu Türkiyənin Nəqliyyat naziri Osman Günəş deyir.

Təyyarəni qaçıranlar hakimiyyətlə dörd saatlıq danışıqlardan sonra təslim olublar.


Onlar avqustun 18-də səhər Şimali Kiprdən Türkiyəyə uçan türk sərnişin təyyarəsi qaçırıb, təyyarəni məcburən Antalyada yanacaq doldurmaq üçün yerə endiriblər.


Təyyarədə 136 sərnişin, altı heyət üzvü olub. Onlardan çoxu təyyarə yerə enəndə, qaça bilib.


Təyyarə qaçıranlar tələb edirdilər ki, təyyarə, İrana, yaxud da Suriyaya uçsun.


Türkiyənin NTV televiziyası şahidlərə istinadla xəbər verir ki, onlar ərəb dilində danışıblar, «əl-Qaidə» üzvləri olduqlarını deyiblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG