Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:46

Dərmanlı çörək


«E-240 formaldehid»in ərzaq məhsullarının istehsalı zamanı istifadəsi qadağandır»
«E-240 formaldehid»in ərzaq məhsullarının istehsalı zamanı istifadəsi qadağandır»


«Çörəyin uzun müddət saxlanılması üçün ona meyitə vurulan məhlul qatılır».


Bunu «Mərkəz» qəzetinin müxbirinə Bakıda çörəkbişirmə sexlərindən birində çalışan tanışı söyləyib. Onun dediyinə görə, çörəyin tərkibinə onun yapışqanlığını artırmaq, tez qurumasının qarşısını almaq, ən əsası isə, müəyyən müddət ərzində saxlamaq üçün «E-240 formaldehid» adlı konservant qatılır. Bu məhlul isə ancaq dünyasını dəyişən insanların saxlanılmasında istifadə olunur.


Çörəyin tərkibinə «E-240 formaldehid» maddəsinin qatıldığını Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da istisna etmir. Onu dediyinə görə, «E-240 formaldehid» maddəsindən çörəkbişirmədə istifadə olunduğu barədə rəhbərlik etdiyi təşkilata da məlumatlar daxil olub. Amma bu faktı üzə çıxarmaq üçün müvafiq laboratoriya olmadığından, AİB istehlakçılara kömək göstərə bilmir:


«Onu da deyim ki, çörək istehsalında keyfiyyətsiz undan istifadə edilməsi mədə-bağırsaq xəstəliklərinin kütləviləşməsinə təkan verib. Bir çox istehsal müəssisələrində çörəyin çəkisinin ağır olması üçün kimyəvi qatqılardan yararlanırlar. Belə məhsullar isə 1 gündən artıq saxlanıldıqda, içi yapışqanlı olur və üfunət qoxuyur. Çoxları isə bunu istehsalçıların mayadan daha artıq istifadə etməsi ilə əlaqələndirirlər. Amma bu məsələnin mayaya aidiyyəti yoxdur» – deyə Eyyub Hüseynov bildirir.




«Azadlıq» qəzetinin əldə etdiyi özəl xəbərdə bildirilir ki, Müsavat başqanı İsa Qəmbər də prezident seçkisini boykot etməkdə israrlıdır.


Bu məlumatı «Azadlıq»ın əməkdaşına verən müsavatçı bildirib ki, partiya rəhbərliyi seçki qanununun indiki halında prezident seçkisinə qatılmağı siyasi intihar hesab edir


Mənbə «partiya bu qərarı nəyə görə açıqlamır» sualını cavablandıra bilməyib. Onun dediyinə görə, bu, hansısa taktiki fərqlə izah edilə bilər: «Amma İsa Qəmbər və ya Müsavat partiyası adından kiminsə prezidentliyə namizədliyinin irəli sürülməyəcəyi qəti fikirdir».


O halda, Müsavat partiyası bir başqasının namizədliyini qeyri-rəsmi şəkildə müdafiə edə bilərmi? Mənbə bu sualı da mənfi cavablandırıb: «Bu mümkün deyil».


Maraqlıdır ki, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər partiyanın belə bir qərarının olmadığını bildirir:


«Mən belə bir qərarın olduğunu bilmirəm. Əgər belə bir qərar var, deməli, məndən gizli qəbul edilib...»




Avqustun 14-də tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində dağıntılar altında qalanların meyitinin çıxarılması prosesi başa çatıb.


Baş vermiş hadisə ilə əlaqədar yalnız iş icraçısı olduğu söylənilən Şamil Alıyev həbs edilib. Lakin uçmuş binanı hansı şirkətin tikməsinə aydınlıq gətirilməyib.


Ən çox səslənən versiya isə binanı «Neapol» istirahət mərkəzinin inşa etdirməsidir.


«Neapol»un baş meneceri Anar Nəzərov mətbuat konfransı keçirərək qəza baş verən bina ilə təmsil etdiyi mərkəzin heç bir əlaqəsi olmadığına dair açıqlama verib. O bildirib ki, mərkəz ərazidə heç bir tikinti aparmır.


Bununla belə, «Yeni Müsavat» qəzeti apardığı araşdırmalar zamanı bir sıra faktlar əldə edib. Tikintidə fəhlə işləyənlərdən biri qəzetlə söhbətində uçmuş binanın «Neapol» tərəfindən tikildiyini bildirib. Fəhlənin dediyinə görə, istirahət mərkəzi DİN-də yüksək vəzifə tutan şəxsə məxsusdur. Hadisə ilə bağlı həbs edilən Şamil Alıyevin iş icraçısı olmadığını söyləyən fəhlə, onun cəmi 19 yaşı olduğunu söylədi.


«Yeni Müsavat» yazır ki, artıq «Neapol» istirahət mərkəzinin əməkdaşları qəza zamanı həlak olan fəhlələrin yaxınları ilə əlaqə saxlayaraq, kompensasiya ödəməyə hazır olduqlarını bildiriblər.


XS
SM
MD
LG