Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

«Xoşbəxtlik iraqlıları tərk edib…»


Ölüm xəbərləri ardı-arası kəsilmədən ölkəyə yayılır
Ölüm xəbərləri ardı-arası kəsilmədən ölkəyə yayılır
«Xoşbəxtlik iraqlıları tərk edib. Mən inanmıram ki, həqiqətən də xoşbəxt olan bir iraqlı tapmaq mümkün olsun. Xoşbəxtlik o zaman baş verir ki, yaşadığın ölkədə sabitlik, əmin-amanlıq olur, insanların ehtiyacları, tələbatları ödənilir. Mən hər bir insanın günlük yaşayışı üçün vacib olan şeyləri, məsələn, suyu, işığı nəzərdə tuturam. Biz çoxdandır ki, bütün bunlardan məhrumuq. Hər gün Allaha dua edirik ki, iraqlıların üzünə təbəssüm, xoşbəxtlik qayıtsın…»

30 yaşlı ali təhsilli Əli Bağdadda yaşayır. Hər səhər İraqda xoşbəxtlik tapacağı ümidi ilə oyanır. Amma deyir ki, təhlükəsizlik həyatlarına hər baxımdan mənfi təsir göstərir, xoşbəxtlik xəyallarını ani bir hissə çevirir.


Bağdadın digər sakini Ənvər də Əlinin fikirlərini bölüşür. Ənvərin 40 yaşı var, ailəlidir. Deyir ki, müharibə İraqın iqtisadiyyatına da zərbə vurub, bütün bunlar onun aylıq gəlirinə də öz təsirini göstərib. Hər gün aldığı 6 dollar maaşla ailəsi yoxsulluq içində yaşayır.


30 yaşlı Hüseyn isə dövlət işində çalışır, maddi gəliri digərlərinə nisbətən daha yaxşıdır. Amma deyir ki, təriqətçi zorakılığı və terror hücumları hər an, işə gedərkən belə işçilərin həyatını risk altına qoyur. Universitet professorları təhlükəsizliyə görə, tez-tez mühazirələrini yarımçıq kəsməli olurlar. Hüseyn deyir ki, bütün bu təhlükələr universitet tələbələrinin həyatını da büsbütün dəyişib:


«Məzun orta məktəbi bitirib, universitetə daxil olanda ali təhsil alacaq deyə sevinə bilmir. Çünki bilir ki, kollecdə və ya kollecə gedən yolda bombardman olacaq. Biz hələ də o ümidlə yaşayırıq ki, xoşbəxtlik deyilən bir hiss bir gün İraq torpağına geri qayıdacaq».


Hüseyn deyir ki, hücumların qorxusundan insanlar hətta əlamətdar hadisələrin, məsələn, toyun da sevincini uzun müddət yaşaya bilmirlər.


İraqlılar yalnız bu yaxınlarda ölkənin müxtəlif etnik tərkibli milli futbol komandası Asiya kubokunun finalında qələbə qazananda sevinc hissləri yaşadılar.


İraq sakinləri iyulun 25-də yarımfinalda Cənubi Koreya üzərində milli komandanın qələbəsini qeyd etmək üçün Bağdadın küçələrinə toplaşmışdılar. Əbu Əhməd kimi hər bir iraqlı bu qələbəni təkcə idman komandasının qələbəsi kimi qeyd etmirdi, bu, həm də onlara bir ümid vermişdi ki, gələcəkdə bütün iraqlılar – sünnilər, şiələr, kürdlər və digərləri – hamı birlikdə, sülh şəraitində yaşaya və işləyə bilər.


Əbu Əhməd: «Mən çox xoşbəxtəm, bu xoşbəxtlik təkcə komandaya görə deyil, bütün iraqlılara görədir.Allahın köməyi ilə, bu sevinc davamlı olacaq. Təbriklər…»


Amma bu sevinc uzunmüddətli olmadı. Qələbədən bir saat sonra Bağdadın küçələrində şadyanalıq edən 50 nəfər sakin bomba partlaması nəticəsində öldü.


Bu arada zorakılıqlar davam edir. Ölüm xəbərləri ardı-arası kəsilmədən ölkəyə yayılır. Məsələn, elə avqustun 14-də İraqın şimalında hücumlar 400 nəfərin həyatına son qoydu.


BMT-nın məlumatına görə, 2 milyondan çox sakin daha təhlükəsiz və sabit həyat axtarışı ilə ölkəni tərk edib.


Adının çəkilməsini istəməyən Bağdad sakini «Azadlıq» radiosuna deyib ki, ölkəni tərk edənlər də xoşbəxtliyi asanlıqla tapa bilmirlər: «İraqı tərk edənlər rahatlıq və xoşbəxtlik axtarışındadırlar. Və hətta onlar xoşbəxtlik tapanda belə, bu, süni xoşbəxtlik olur. Çünki bu xoşbəxtlik ailədən, qohumlardan, dostlardan və İraqla bağlı xatirələrdən uzaq olmaq yarasını sağaltmır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG