Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Hər gün Rusiyada 110 adam QİÇS virusuna yoluxur


Yoluxanların sayı əhalinin 10 faizini ötsə, «böyük epidemiya» yarana bilər
Yoluxanların sayı əhalinin 10 faizini ötsə, «böyük epidemiya» yarana bilər
Özü də onların 40 faizi narkotiklər və ya qeyri-ənənəvi cinsi oriyentasiyaya aidiyyəti olmayan adi insanlardır.

Bu rəqəmləri «SPİD-STOP» ümumrusiya avtomobil yürüşünə hazırlığa həsr olunan mətbuat konfransında «Rusiya səhiyyəsi» Fondunun layihəsinin direktoru Dmitri Qolyayev açıqlayıb.


Hazırda Rusiyada 362 min İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcısı var. Gözlənilir ki, bu ilin sonuna qədər onların sayı 400 minə çatacaq.


Qolyayevin fikrincə, əslində, Rusiyada milyona qədər İİV daşıyıcısı var, çünki rəsmi statistika reallığı əks etdirmir.


Ekspert xatırladır ki, xəstəliyə yoluxanların sayı əhalinin 10 faizini ötsə (1,4 milyon adama çatsa), ölkə üçün təhlükəli «böyük epidemiya» yarana bilər.


Hazırda antiretrovirus terapiyasını 30 minə qədər adam, təqribən İİV virusu daşıyıcısı olan bütün Rusiya vətəndaşlarının onda biri alır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG