Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:07

«Jurnalistlər yoluxucu xəstə məhbuslarla bir yerdə saxlanır»


Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunun direktoru Emin Hüseynli
Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunun direktoru Emin Hüseynli

«Bir neçə jurnalistin saxlandığı həbsxanada onlarla bərabər HİV-ə, hepatit B, S virusuna və vərəmə yoluxmuş xəstələr qalır. Halbuki bu cür xəstələr ayrı saxlanılmalıdır».


Bu fikirlər avqustun 17-də Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunun ( RATİ ) keçirdiyi dəyirmi masada səsləndirilib. Tədbirdə əsas müzakirə mövzusu jurnalistlərin qəsdən və ya bilməyərəkdən yoluxucu xəstəlik daşıyıcısı olan məhbuslardan yoluxdurulması təhlükəsi olub.


İnstitutun direktoru Emin Hüseynli deyir ki, bütün dünyada məhbusların zəhərlənməsi, yoluxdurulması halları həbsdə olan jurnalistlərə də tətbiq oluna bilər.


Tədbirdə təklif olunub ki, hüquq müdafiəçiləri jurnalistlərlə görüşüb, məsələ ilə bağlı onların narahatlığını öyrənsinlər. Hüquq müdafiəçiləri Səidə Qocamanlı və Novella Cəfəroğlu gələn həftə məsələ ilə bağlı həbsxanalarda monitorinq aparacaqlarını deyiblər.


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla səkkiz jurnalist həbsdə saxlanır.


Ədliyyə Nazirliyinin əməkdaşı Mehman Sadıqov isə deyir ki, həbsdə olan jurnalistlərin yoluxucu xəstəliyi olan məhbuslarla bir yerdə saxlanması barədə məlumatlar həqiqətəuyğun deyil. Onun sözlərinə görə, yoluxucu xəstəlikləri olan məhbuslar ayrıca saxlanılır: «Bu narahatlıqlar əsassızdır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG