Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Rizvan Talıbovun məhkəməsi təxirə salınıb


Keçmiş Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovun məhkəməsi təxirə salınıb. Talıbovun vəkili Telman Novruzzadə deyir ki, buna hazırlıq iclasının vaxtı ilə bağlı anlaşılmazlıq səbəb olub: «Bizə prosesin saat 12:30-da keçiriləcəyi deyilmişdi. Həmin vaxt orada olanda dedilər ki, gecikmisiz, məhkəmə 11:30-a təyin olunmuşdu».


Vəkilin sözlərinə görə, proses avqustun 24-ü olacaq.


Keçmiş Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rızvan Talıbov Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə, yəni xüliqanlıqda ittiham edilir. Hazırda o, Şüvələndakı istintaq təcridxanasında saxlanır. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılır

Günün bütün mövzuları

XS
SM
MD
LG