Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38

Qanuni və qanunsuz fəaliyyət göstərən ali məktəblərin adları açıqlandı


Təhsil Nazirliyi 17 təhsil müəssisəsinin fəaliyyətini dayandırıb

Təhsil Nazirliyi 17 təhsil müəssisəsinin fəaliyyətini dayandırıb

Təhsil Nazirliyi Azərbaycanda qanuni və qanunsuz fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin adlarını açıqlayıb.


Nazirliyin məlumatına görə, hazırda respublikada 35 dövlət ali məktəb fəaliyyət göstərir. Bu sıraya Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Gəncə, Qazax, Quba, Mingəçevir, Salyan, Sumqayıt, Şamaxı, Şəki və Zaqatala filialları da aid edilir. Ölkədə dövlət qeydiyyatından keçmiş 14 özəl ali məktəb fəaliyyətdədir.


Təhsil Nazirliyinin Kollegiyası, Lisenziya Komissiyası və məhkəmə qərarları ilə fəaliyyəti dayandırılmış 17 təhsil müəssisəsinin fəaliyyəti dayandırılıb. Bu məktəblər aşağıdakılardır: Kiyev Sahibkarlıq, Hüquq və Reklam İnstitutunun Bakı filialı, Dnepropetrovsk Milli Universitetinin Bakı filialı, Rusiya Təhsil Akademiyası Universitetinin Bakı tədris məntəqəsi, Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının (keçmiş Rusiya Federasiyası Yəhudi Akademiyası ) Bakı tədris məntəqəsi, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin Bakı filialı, Cənubi Rusiya Humanitar İnstitutunun Bakı filialı, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı, Dağıstan Dövlət Universitetinin Bakı filialı, Moskva Dövlət Sosial Universitetinin Bakı tədris məntəqəsi, Moskva Müasir Humanitar Universitetinin Dərbənd filialının Bakı tədris məntəqəsi, Moskva İqtisadiyyat, Menecment və Hüquq İnstitutunun Bakı filialı, Moskva Hüquq və İdarəetmə Akademiyasının Bakı filialı, Rusiya Müasir Humanitar Akademiyasının Bakı Mərkəzi (distant təhsil), Müstəqil Azərbaycan Universiteti, Bakı Menecment Universiteti, Bakı Elmi Tədris Mərkəzinin nəzdində Kompüter İnformasiya Texnikası İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Məktəbləri nəzdində Beynəlxalq Tətbiqi Kosmonavtika İnstitutu.


Günün bütün mövzuları

XS
SM
MD
LG