Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:48

Müəllimələrə şalvar geymək qadağan edilə bilər


Z. Əliqızı deyir ki, direktorlara müəllimələrin geyiminə nəzarət etmək tövsiyə olunub
Z. Əliqızı deyir ki, direktorlara müəllimələrin geyiminə nəzarət etmək tövsiyə olunub

Bakı Təhsil İdarəsi hesab edir ki, orta məktəbdə dərs deyən qadınların işə şalvarla gəlməsi məqsədəuyğun deyil. İdarə bu məsələni mayda keçirdiyi müşavirədə müzakirəyə çıxarıb, direktorlara tövsiyə edib ki, müəllimələrin geyiminə nəzarət etsin.


Bu barədə «Azadlıq» radiosuna Bakı Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, dərslər başlayana kimi bu məsələ bir də müzakirə ediləcək. Tədbir yalnız Bakı şəhərini əhatə edir.


Paytaxt məktəbliləri isə bu ildən dərsə eyni dizaynlı geyimdə gəlməlidirlər. Dizaynı hər məktəb özü seçəcək. Şagirdlər üçün bu geyimlər məcburidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG