Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:57

«Qobustan həbsxanasında kütləvi özünə qəsd olub»


Ömürlük məhkum edilmiş məhbusların saxlandığı Qobustan qapalı həbsxanası

Ömürlük məhkum edilmiş məhbusların saxlandığı Qobustan qapalı həbsxanası

«Yeni Müsavat» qəzeti yazır ki, avqustun 15-də Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkən beş məhbus özünü doğrayıb. Qəzetin bildirdiyinə görə, məhbuslar bədənlərinin müxtəlif yerlərinə xəsarət yetiriblər. «Buna səbəb isə son üç gündə həbsxana rəhbərliyinin onlarla kobud davranması və bütün hüquqlarının pozulması olub».


«Yeni Müsavat» ın iddiasına görə, son vaxtlar Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbusların cəzalarının 15 ilə endirilməsi tələbilə müxtəlif aksiyalar keçirməsi və öz hüquqlarının müdafiəsi üçün fəallıq etmələri hakimiyyəti qəzəbləndirib.


«Ekspress» yazır: «Kreml miqrantların cibinə girir. Rusiyada qeyri-leqal yaşayan azərbaycanlıların gəlirləri qanunsuz sayılacaq». Məqalə müəllifi Həsən Ağacanın fikrincə, Rusiyadakı 2,3 milyon azərbaycanlının görəcəkli günləri hələ irəlidədi.


«Ötən ilin sonlarında pərakəndə və topdansatış məkanlarında miqrantların ticarətinin yasaqlanması, spirtli içkilər və dərman preparatları satışının miqrantlara qadağan edilməsindən sonra böyük çətinliklər və problemlərlə üzləşən soydaşlarımız ən ciddi maneələrin arxada qaldıqlarını düşünürdülər».


Qəzet azərbaycanlıların hazırda qarşılaşdıqları yeni problemlərdən bəhs edir.


«Mən həmişə məhəbbət haqqında oxumuşam». «Zerkalo» qəzeti məşhur müğənni Müslim Maqomayevin 65 illik yubileyinə həsr olunmuş məqaləni bu başlıqla dərc edib. «Mən səhnədən çoxdan getmişəm. Gözlənilmədən, xudahafizləşmədən... Və qayıtmağa da hazırlaşmıram. İstəyirəm ki, insanları məni həmişə pis görünməyən və oxuyan kimi xatırlasınlar. Mən həmişə gənc olacağam»- «Zeraklo» bu sitatı müğənninin «Oqonyok» jurnalına verdiyi müsahibədən götürüb.


Dövlət qəzetləri prezidentin Müslüm Maqomayevə məktubunu dərc edib. «Azərbaycan» qəzetində yer alan məktubda qeyd olunur: «Qısa müddət ərzində siz təkrarolunmaz səhnə görkəmi və olduqca populyar repertuar formalaşdırmış, sovet mahnı ifaçıları arasında öz sözünüzü deyərək unikal bir mövqe qazanmısınız. Sizin sənətinizə həm stadionlarda toplaşan çoxminli dinləyiciləriniz, həm də həmkarlarınız məftun olurdular».


Günün bütün mövzuları

XS
SM
MD
LG