Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

İsrail Azərbaycanın enerji resurslarının nəqlində iştirak etmək istəyir


İsrail Knessetinin deputatı İosif Şaqal, Bakı, 16 avqust 2007
İsrail Knessetinin deputatı İosif Şaqal, Bakı, 16 avqust 2007

İsrail Bakı-Tbilisi-Ceyhan neft kəmərinin İsrailin cənubuna qədər çəkilməsini, vaxtilə Azərbaycanda yaşamış yaşlı İsrail vətəndaşlarına Azərbaycan hökumətinin təqaüd verməsini, «Şahdəniz» yatağından çıxan qazın bir hissəsini almaq və nəhayət, Azərbaycanın enerji resurslarının nəqlində iştirak etmək istəyir.


Bütün bu məsələlər avqustun 16-da İsrail Baş nazirinin müavini Aviaqador Liberman və onu müşayiət edən nümayəndə heyətilə Azərbaycan rəsmiləri arasında keçirilən görüşlərdə müzakirə olunub. Bu barədə məlumatı İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri İosif Şaqal Bakının mərkəzində Azərbaycan-İsrail Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışında deyib. Onun dediyinə görə, İsrail tərəfi müzakirə olunan məsələlərin hamısının həyata keçirilməsində çox maraqlıdır.


İosif Şaqalın sözlərinə görə, bu ilin yeddi ayının yekunlarına görə, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1 milyard 300 milyon dollar təşkil edib. Cənab Şaqal deyir ki, onlar Baş nazir Artur Rəsizadə ilə vaxtilə Azərbaycandan getmiş yaşlı yəhudilərə Azərbaycan dövlətinin təqaüd təyin etməsi məsələsini müzakirə ediblər. İosif Şaqalın sözlərinə görə, bu məsələ İsrailin Azərbaycandakı səfirliyi vasitəsilə bir ilə yaxındır ki, müzakirə olunur. İsrailli deputat deyir ki, onlar indi Azərbaycanın yaxşı imkanları olduğunu nəzərə alaraq bu məsələnin reallaşmasını istəyirlər.


XS
SM
MD
LG