Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:38

Amerika-Azərbaycan qrant müqaviləsi imzalanıb


Qrant sazişinin imzalanma mərasimi
Qrant sazişinin imzalanma mərasimi
Avqustun 16-da Bakıda Transxəzər boru kəmərinin texniki-iqtisadi əsaslandırılması haqqında Amerika-Azərbaycan qrant müqaviləsi imzalanıb.

Sənədi Birləşmiş Ştatlar tərəfdən imzalayan ABŞ Ticarət və İnkişaf Agentliyinin baş müşaviri Ceyms Uayldrotter dedi ki, məqsəd Orta Asiyanın enerji resurslarını Avropa bazarlarına daşımaq imkanı əldə etməkdir:


«İmzaladığımız 1,7 milyon dollar dəyərində olan qrant sazişi Azərbaycana iki tam yeni olan boru xəttinin texniki və maliyyə baxımından icra variantlarını qiymətləndirmək imkanı verəcək».


Ceyms Uayldrotter bildirir ki, bu saziş Xəzərdən Qərbə gedən önəmli enerji ixrac yolunun daha da genişləndirilməsinə zəmin yaradır.


Sazişi Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və ABŞ Dövlət katibinin müavini Daniel Salivan təsdiqlədilər. Cənab Salivan dedi ki, qranta ayrılan məbləğin böyüklüyü bu layihənin əhəmiyyətinin göstəricisidir.


Bu ilin martında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri zamanı Dövlət katibi Kondoliza Raysla birlikdə «Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi haqqında Memorandum» imzalayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG