Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

Şairə beş ay həbs cəzası verilib


İbrahim Raşidi 68 günlük həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini bildirib

İbrahim Raşidi 68 günlük həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini bildirib

Avqustun 10-da təqdim edilən məhkəmə hökmünə görə, Savalan təxəllüslü şair İbrahim Raşidiyə beş ay həbs cəzası kəsilib. Ona Apellyasiya Məhkəməsinə müraciət etməsi üçün 20 gün möhlət verilib.


Əsli Xiyavdan (Meşkinşəhr) olan şair 2006-cı il mayın 31-də Urmiyədə nəzarət altına alınaraq 68 gün həbsdə saxlanıldıqdan sonra zaminə buraxılmışdı. Onun məhkəmə işi isə bu günə qədər davam edir.


Avqustun 11-də «Amerikanın Səsi»nə verdiyi müsahibədə İbrahim Raşidi 68 günlük həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini bildirib. Ötən ilin may hadisələrindən sonra həbs olunmuş şair ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. O, İran hökumətinə qarşı təbliğat, pantürkizm, və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etməkdə günahlandırılır.


İbrahim Savalan bir neçə aylıq fasilələrlə dörd məhkəmə prosesinin keçirildiyini və hər dəfə ittihamların dəyişdirildiyini bildirib. Şairin sözlərinə görə, irəli sürülən ittihamları sübuta yetirən ifadələr almaq üçün müstəntiqlər zordan da istifadə ediblər.


XS
SM
MD
LG