Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:47

Çexiyada Azərbaycan səfirliyinin binası açıldı


Praqada Azərbaycan səfirliyinin binası
Praqada Azərbaycan səfirliyinin binası

Avqustun 15-də Çexiyanın paytaxtı Praqada Azərbaycan səfirliyinin rəsmi açılışı olub.


Səfir Tahir Tağızadə, Çexiya Xarici İşlər nazirinin müavini Tomaş Poyarın və yerli Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə səfirlik binası üzərində Azərbaycan bayrağı qaldırılıb. Səfirlik binası Praqanın prestijli rayonlarından birində - Villada yerləşir.


Səfir Tahir Tağızadə «Azadlıq» radiosuna bildirib ki, təəssüflər olsun ki, indi iki ölkə arasındakı əməkdaşlığı «geniş» adlandırmaq olmaz, nə iqtisadi, nə də siyasi sahədə əməkdaşlığımız fəal deyil.


«Amma getdikcə bu tendensiya dəyişir. Məsələn, bir ay qabaq Çexiyada Cənubi Qafqaz film günləri keçirildi. Oraya Azərbaycandan Rüstəm İbrahimbəyov, Oleq Səfərəliyev kimi rejissorlar gəlmişdi. Əgər mədəni, humanitar və iqtisadi əməkdaşlığı belə genişləndirə bilsək, bu, siyasi əməkdaşlıq üçün gözəl əsas yaradar»- deyə, səfir Tahir Tağızadə bildirib.


Azərbaycanın Çexiyadakı səfirliyi avqustun 13-dən fəaliyyətə başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG