Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:47

Gürcüstana dəmiryolu çəkilməsi üçün ilkin vəsait ödəniləcək


Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə 420 milyon dollar vəsait xərclənəcək
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə 420 milyon dollar vəsait xərclənəcək

Gələn həftə Azərbaycan Beynəlxalq Bankı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yenidən qurulmasını həyata keçirən Gürcüstandakı operator şirkətin hesabına ilkin vəsaiti ödəyəcək.


Bunu «Azadlıq» radiosuna Beynəlxalq Bankın rəsmisi Rauf Ağayev deyib. Onun sözlərinə görə, ilkin vəsaitin köçürülməsi avqustun 25-ə qədər yekunlaşmalıdır. Rauf Ağayev həmin vəsaitin nə qədər olması barədə məlumat verməyib. Bəzi yerli KİV ilkin kreditin 40 milyon dollar civarında olacağını yazır.


Azərbaycan prezidentinin sərəncamıyla Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan hissəsinin yenidən qurulması üçün Dövlət Neft Fondundan 220 milyon manat vəsait ayrılıb. Bu vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Gürcüstanda yenidənqurma işlərini aparan təşkilata 1 faizlə 25 illiyə verilir.


Bütövlükdə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən dəmiryolu xəttinin yenidən qurulmasına 420 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulub. Layihənin 2008-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG