Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Perudakı zəlzələdə ölənlərin sayı 300-ü ötüb


Peruda güclü zəlzələnin qurbanlarının sayı 300-ü ötüb, 1000-ə qədər adam yaralıdır.


Bu barədə ölkənin Səhiyyə naziri Karlos Valyexas məlumat verib.


Avqustun 16-da baş verən yeraltı təkanların gücü Rixter cədvəli ilə demək olar ki, 8 bala çatıb. Episentr Perunun sahilində yerləşib, titrəyişlər ölkənin paytaxtı Limada da hiss olunub. Bu şəhərdə və bir sıra başqa yaşayış məntəqələrində nəzərə çarpacaq dağıntılar var.


Peru, Çili, Ekvador və Kolumbiyanın sahilləri üçün əvvəl elan olunan sunami xəbərdarlığı ləğv edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG