Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Nazarbayevə sui-qəsdin qarşısı alınıb


Nursultan Nazarbayev prezident seçkisində qələbəsini qeyd edir, 5 dekabr 2005
Nursultan Nazarbayev prezident seçkisində qələbəsini qeyd edir, 5 dekabr 2005
30 adam həbs olunub. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatına əsasən, onlar salafitlər adlı dini təşkilatın üzvləridir.

MTK-nin versiyasına əsasən, saxlananların hamısı kafirlərlə və onlara xidmət edənlərlə cihad ideologiyasının tərəfdarlarıdır.


Cənubi Qazaxıstan vilayətində terror qruplaşmasının olması barədə məlumat hüquq-mühafizə orqanlarına bu ilin yazında daxil olub. Elə o vaxt da ilk həbslər həyata keçirilib. Sonradan məlumatlar peyda olub ki, ekstremistlər ölkə prezidentinin bu ilin aprelində vilayətə səfəri zamanı MTK-nin binasının partladılması, komitə əməkdaşlarının və onların yaxın qohumlarının öldürülməsi ilə terror aktları seriyası həyata keçirmək niyyətindədirlər.


Son günlər aparılan həbslər və axtarışlar ekstremist xarakterli müxtəlif ədəbiyyatın, naməlum tipli əldəqayırma partlayıcı qurğunun və «Kron» tipli təchizat vasitələrinin müsadirəsi ilə nəticələnib. Tapıntılar arasında MTK-nin yerli idarə əməkdaşlarının soyadlarının və xidməti telefonlarının siyahısı, idarənin yerləşmə sxemi də var.


Hüquq-mühafizə orqanlarının fikrincə, bütün bunlar iri terror sui-qəsdinin üstünün açılmasına dəlalət edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG