Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

«Eynulla Fətullayevin ətrafında aparılan istintaq və məhkəmə hərəkətləri çox müəmmalıdır»


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin istintaq prosesi başa çatmayıb. Bu haqda «Azadlıq» radiosuna qəzet redaktorunun vəkillərindn biri İsaxan Aşurov məlumat verib: «İstintaqın nə vaxt başa çatacağı ilə bağlı heç bir məlumat verilmir. E.Fətullayevin ətrafında aparılan istintaq və məhkəmə hərəkətləri çox müəmmalıdır. Bu barədə yəqin ki, sonda fikir deyiləcək».


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası ilə aprelin 20-də böhtan atmaqda ittiham olunaraq iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə ona qarşı Cinayət Məcəlləsinin 214.1. (terrorla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Hazırda baş redaktor MTN-in təcridxanasında saxlanır. Onun həbsindən sonra sahibi olduğu qəzetlər fəaliyyətini dayandırıb. Qəzetlərin 20-dən çox əməkdaşı isə Azərbaycandakı xarici ölkə səfirliklərindən və beynəlxalq qurumlardan siyasi sığınacaq istəyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG