Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:04

Müşfiq Hüseynli ilə bağlı bəzi istantaq hərəkətləri aparılıb


Avqustun 15-də «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynli ilə bağlı bəzi istantaq hərəkətləri aparılıb. Hüseynlinin vəkili Vüqar Xasayev bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.

Geniş açıqlama verməkdən imtina edən vəkil istintaq hərəkətlərinin yaxın günlərdə davam etdiriləcəyini bildirib. O, konkretləşdirmə aparmadan müəyyən hallarda ittiham, müəyyən hallarda isə müdafiə tərəfinin haqlı olduğunu bildirib. Vəkil bütün bu məsələlərə həm istintaqın, həm də məhkəmənin gedişində aydınlıq gətiriləcəyini bildirib.


Müşfiq Hüseynli bu il iyulun 24-də MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib və ona qarşı rüşvət alma ittihamı irəli sürülüb.


XS
SM
MD
LG