Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

Orta Asiya hörümçəyi 8 nəfəri zəhərləyib


Hörümçəklər meyvə-tərəvəzlə birgə Azərbaycana gəlir

Hörümçəklər meyvə-tərəvəzlə birgə Azərbaycana gəlir

«Bu ilin may ayından Azərbaycanda Orta Asiyadan gəlmiş hörümçək sancmasından 8 nəfər zəhərlənib». Kliniki Tibb Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov belə deyir. Onun sözlərinə görə, son iki-üç ildə əsasən yay aylarında bu hörümçəklər özlərini göstərir.


«Orta Asiya hörümçəkləri həmin regiondan gətirilən meyvə-tərəvəzlə birgə respublikaya gəlib çıxır. Artıq üçüncü ildir ki, biz bu növ zəhərlənmə faktları ilə rastlaşırıq».


Əlamətlərinə görə bu hörümçək bir qəpik ölçüsündə olur, rəngi qaradır, dişilərinin üzərində qırmız xaç var.


«Hörümçəyin dişlədiyi yer qızarır, şiddətli ağrılar olur. Qan təzyiqi aşağı düşür. Ürək döyüntüsü artır və adam tərləyir».


Həkim bildirir ki, bu hörümçəyin ölkəyə daxil olmasının qarşısını almaq çətindir. Amma, hörümçəkdən zəhərlənmənin qarşısını alan zərdab mövcuddur. Zərdabı istənilən aptekdən almaq olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG