Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

Əhmədinejatın Azərbaycana səfərinə hazırlıq başladı


İran prezidenti Mahmud Əhmədinejat iki dəfə Azərbaycanda işgüzar səfərdə olub

İran prezidenti Mahmud Əhmədinejat iki dəfə Azərbaycanda işgüzar səfərdə olub

İki ölkənin diplomatik kanalları vasitəsilə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın Azərbaycana rəsmi səfərinə artıq hazırlıq başlayıb.


Avqustun 15-də Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov «Trend»ə bildirib ki, səfər bu ay gerçəkləşəcək. Azərbaycanlı və iranlı diplomatlar hazırda səfər proqramı və imzalanması nəzərdə tutulan sənəd layihələri üzərində işləyirlər.


İran prezidentinin səfəri Azərbaycan prezidentinin 2005-ci ildə İrana rəsmi səfərinə cavabdır.


Əhmədinejat artıq iki dəfə Azərbaycanda olub. Bu səfərlər işgüzar xarakter daşıyıb. Ötən il İran prezidenti Bakıda keçirilən EKO sammitində iştirak edib. Naxçıvanda Əhmədinejat Azərbaycan prezidenti ilə birgə muxtar respublikaya nəql olunan təbii qaz xəttinin açılışına həsr olunmuş tədbirə qatılıb. Elə Naxçıvanda görüş zamanı İlham Əliyev iranlı həmkarını rəsmi səfərə dəvət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG