Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

Dərnəgüldəki 30 müəssisədən yalnız biri sökülməyəcək


Avqustun 9-da «Azərenerji» Dərnəgül yolundakı müəssisələrin sökülməsinə başlayıb

Avqustun 9-da «Azərenerji» Dərnəgül yolundakı müəssisələrin sökülməsinə başlayıb

Dərnəgül yolu yaxınlığındakı 30 müəssisədən yalnız «Xüsusi tikinti-quraşdırma» MMC sökülməyəcək. Bu qərarı Nərimanov Rayon Məhkəməsi müəssisələri sökülən sahibkarların qaldırdığı iddiaya baxarkən çıxarıb. Qətnamədə Bakı Şəhər Xalq Deputatları Soveti Arxitektura Komitəsinin 15.07.1977-ci il tarixli sərəncamı qüvvədə saxlanıb. Sərəncama görə, sözügedən ərazi yarımstansiya tikilməsi məqsədilə «Azərenerji»yə verilib. Qərarda sahibkarlara kompensasiya ödənilməsi nəzərdə tutulmayıb.


Sahibkarlar isə qərardan apellyasiya şikayəti verməyə hazırlaşırlar. «FF» MMC-nin prezidenti Malik Şabanovun sözlərinə görə, 1977-ci ildə imzalanan sənəddə ərazinin hansı hissəsinin «Azərenerji»yə verilməsilə bağlı heç bir qeyd yoxdur. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı Şəhər XDS-nin 1977-ci ildə imzaladığı sənədin «Azərenerjiyə» aid hissəsinin qüvvədən düşməsilə bağlı sərəncamının olduğunu da iddia edir.


Avqustun 9-da «Azərenerji» ASC-nin təmir-tikinti briqadası yarımstansiya tikintisi məqsədilə Dərnəgül yolundakı müəssisələrin sökülməsinə başlayıb. «Azərenerji» iddia edir ki, torpaq sahəsinin 4,5 hektarı müəssisəyə aiddir.


Günün bütün mövzuları

XS
SM
MD
LG