Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb


Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə işləyirlər

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə işləyirlər

«Neapol» istirahət mərkəzinin ikinci mərtəbəsinin uçması nəticəsində dağıntılar altında qalan Zəngilan rayon sakini 45 yaşlı Rafiq Məmmədovun meyiti tapılıb. Onun meyitinin bu gün saat 11:29-da dağıntılar altından çıxarıldığı xəbər verilir.


Digər ölən Rauf Abdullayevin meyitinin yerinin müəyyənləşdirilməsi isə hələ mümkün olmayıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə işləyirlər.


Bakı-Sumqayıt yolunda yerləşən «Neapol» istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli bina avqustun 14-də uçub. Hadisə baş verən zaman tikinti meydançasında olan 17 nəfərdən 14-ü qaça bilib.


Abşeron rayon prokurorluğunda hadisə ilə bağlı cinayət işi qaldırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG