Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:25

Bu gün manatın ad günüdür


1993-cü ildə Milli Bankın dövriyyəyə buraxdığı əskinaslar

1993-cü ildə Milli Bankın dövriyyəyə buraxdığı əskinaslar

1992-ci ilin avqustun 15-də ilk dəfə Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb. Düz 1994-cü ilə kimi 1 manat 10 rubl nisbəti ilə dövriyyədə olub.


3 il ərzində Azərbaycanın milli valyutası olan manat 315 dəfə dəyərsizləşib-bu barədə «ANS Press» belə yazır.


1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpikliklər, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında 50, 100, 500, 1000, 1994-cü ildə 10, 1996-cı ildəsə 50 min manatlıq kağız pullar əhalinin ixtiyarına verilib.


1999-cu ildən sonra milli valyuta 15 faiz möhkəmlənib. Sonradan Milli Bankın sərt pul-kredit siyasətini yumşaltması nəticəsində 1 dollar 4940 manata qədər bahalaşıb.


Azərbaycanda 2006-cı ildə də yeni pul vahidi dövriyyəyə buraxılıb. Milli Bank manatın denominasiyasını həyata keçirib. Yəni, yeni pullar birin 5 minə nisbəti ilə buraxılıb. Lakin yeni pul kütləsinin dövrəyə buraxılması enerji daşıyıcılarının qiymətinin artması ilə müşahidə olunub. Bu qiymət artımı özünü tək qeyri-ərzaq məhsullarında göstərməyib. Belə ki, ölkədə qiymətin artması kənd təsərrüfatı məhsullarına, o cümlədən taxıla da sirayət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG