Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44

Bu il Rusiyada öldürülən əcnəbilərin sayı 40-a çatır


Gənc millətçilərin «Rus yürüşü», Moskva, 4 noyabr 2006

Gənc millətçilərin «Rus yürüşü», Moskva, 4 noyabr 2006

«Gəlin, şəhərimizi təmizləyək!» - Dmitri Roqozin Vətən Partiyasının reklamında belə deyirdi, ekranda «şəhəri zibildən təmizləyək» yazılsa da…Böyük qalmaqala səbəb olan reklamdan bir il sonra Rusiyanın neo-nasist təşkilatlarından biri eyni başlıqlı məqalə çap edib: «Şəhərin təmizlənməsi prosesi davam edir!». Məqalədə Sankt-Peterburqdakı əcnəbilərə hücumlar alqışlanır.

«Sova» analitik mərkəzinin məlumatına görə, bu il Rusiyada öldürülən əcnəbilərin sayı 40-a çatır. Bu, keçən ilkindən çoxdur. Ötən ilin avqust ayında Moskvada 10-dan çox əcnəbi öldürülüb. Moskva bazarlarından birində partlayışda 11 nəfər - Özbəkistan, Tacikistan, Çin, Vyetnam, Belarus, Rusiya vətəndaşları həlak oldu. Rus polisinin dediyinə görə, tutulanlar bildiriblər ki, onlar bazarı, orda Asiyadan çox adam olduğu üçün partladıblar.


Avqustun 13-də internetdə yayımlanan videolentdə nasistlərin bir nəfərin başını kəsdiyi, digərini güllələdiyi göstərilir və elə videoda öldürülənlərin Tacikistandan, Dağıstandan olduğu deyilir. İrqçilik əleyhinə olan ekspertlərin fikrincə, bu dəfəki lent saxta deyil. «Panorama» Mərkəzinin başçısı Vladimir Pribılovski:


«Bu, ilk belə videolent deyil, başqa belə lentlər də yayımlanıb. O biri roliklərin hamısı güman ki, saxta olub. Ona görə, bu yeni lent barədə də bir şey demək çətindir».


Qaçqınlara və Məcburi Miqrantlara Vətəndaş Yardımı Komitəsinin başçısı Svetlana Qannuşkina hesab edir ki, rus hökuməti irqçilərin qarşısını almağa həvəs göstərmir:


«Camaat bizə belə hadisələrdən hər gün danışır. Bu hal kütləviləşir. Hüquq-mühafizə orqanlarının, məhkəmənin isə mövqeyi aydındır. Çünki hər dəfə belə şey olanda mübarizə aparmaq lazımdır ki, əvvəla fərli araşdırma aparılsın, sonra da günahkarlar cəzalansın».


Neo-nasist təşkilatlarından birinin rəhbəri, keçmiş polis zabiti Yuri Belyayev «Azadlıq» radiosuna deyib ki, onlar çox cəzalanmırlar, çünki peşəkardırlar və əcnəbilərə qarşı hücumlar diqqətlə hazırlanmış aksiyalardır:


«Deyə bilmərəm ki, bu hücumlar təşkil olunmur, əlbəttə, təşkil olunur. Təşkilatçı da mənəm! Mən konqres də təşkil edə bilirəm, konfrans da, hücum da. Biz getdikcə daha peşəkar oluruq. Bu aydındır, görürüsünüz, həbslərin də sayı azalıb, çünki adamlarımızın təlimatı var, onlar öyrənir, öz üzərlərində işləyirlər».


BMT-nin irqçilik və ksenofobiya üzrə xüsusi məruzəçisi Doudou Dien keçən il Rusiyada olanda qeyri-rusların yaşadığı qorxulu mühitdən dəhşətə gəldiyini deyib və hökuməti tədbir görməyə çağırıb. Araşdırmalar göstərir ki, indi polis Rusiyadakı əcnəbiləri 20 dəfə çox saxlayır, sənədlərini yoxlayır. Miqrantlar haqqında qanunlarsa elə miqrantların vəziyyətini çətinləşdirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG