Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Azərbaycan dilində çıxan «Gürcüstan» qəzeti ofissiz qalıb


«Samşoblo» nəşriyyatında yerləşən KİV-lərin çıxarılması polislə jurnalistlər arasında insident yaratmışdı

«Samşoblo» nəşriyyatında yerləşən KİV-lərin çıxarılması polislə jurnalistlər arasında insident yaratmışdı

Gürcüstanda Azərbaycan dilində çıxan həftəlik «Gürcüstan» qəzeti ofissiz qalıb.


Nəşrin baş redaktoru Süleyman Süleymanov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, keçən həftənin cümə günü qəzetin redaksiyası yerləşdiyi «Samoşoblo» nəşriyyatından çıxarılıb: «Hazırda əmlakımız şəhər meriyasının zirzəmisindədir. Ayın 18-nə kimi əmlakımızı orda saxlamağa icazəmiz var».


Baş redaktor bildirir ki, qəzet gələn həftə də çıxmayacaq: «Bilmirik bundan sonra harada işləyəcəyik».


Süleyman Süleymanov məsələ ilə bağlı Azərbaycan səfirliyinə məlumat verildiyini, ancaq indiyə kimi oradan münasibət olmadığını deyir: «Ümidimiz Gürcüstan hökumətinədir».


«Gürcüstan» qəzeti 1966-cı ildən «Samoşoblo» nəşriyyatının binasında yerləşirdi.


Avqustun 10-da Tbilisinin mərkəzindəki «Samşoblo» nəşriyyatında yerləşən müxalif KİV-lər binadan çıxarılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG