Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Gürcüstanda gürcü-abxaz müharibəsində ölənləri anırlar


Gürcüstanda hökumət evinin yaxınlığında gürcü-abxaz müharibəsində ölənlərin xatirəsinə həsr olunmuş aksiya keçirilib. Avqustun 14-də münaqişənin başlamasından 15 il ötür.

Abxaz döyüşçüləri ilə Gürcüstan Ali Sovetinin qoşunları arasında müharibə bir il davam edib. Bu müddət ərzində hər iki tərəfdən 20 mindən çox insan tələf olub.


«Azadlıq» radiosunun əməkdaşı Georgi Kobaladze həmin hadisələrin iştirakçıları ilə söhbət edib.


49 yaşlı Quram Coxtaberidze: «Qoşun yeritmək lazım idimi? Bəlkə də lazım idi, amma onda Gürcüstanın ordusu yox idi axı...»


50 yaşlı Malxaz Kalandiya: «Yox, qoşun yeritmək lazım deyildi. Bu, təxribat idi. Hər şeyi dinc yolla nizamlamaq lazım idi, amma bu müharibəni başlayanlar öz məqsədlərinə çatıblar…»


Hökumət evi yaxınlığında keçən mitinqdə hakimiyyətə abxaz problemini unutmamaq çağırışları səsləndirilib.


Toplaşanlar arasında siyasi partiyalar, o cümlədən müxalif partiyaların nümayəndələri az gözə dəyib.


Politoloqların fikrincə, abxaz müharibəsi mövzusu hazırkı siyasətçilər üçün aktual deyil. Onlar qarşıdakı prezident və parlament seçkiləri ərəfəsində daha çox hazırkı reytinqləri və siyasi perspektivlərindən narahatdırlar.


XS
SM
MD
LG