Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36

Naxçıvanda talassemiya və hemofeliya xəstələri üçün qan pereparatları hazırlanır


Naxçıvan Muxtar Respublikasının (NMR) Səhiyyə Nazirliyi avqustun 13-dən donor aylığı keçirməklə yeni yaradılan Qan bankına qan tədarük etmək istəyir. Qan bankının baş həkimi Məmmədəli Həsənov deyir ki, talassemiya və hemofeliya xəstələri üçün qan pereparatları hazırlanır.


Adıçəkilən xəstəliklərdən əziyyət çəkənlər indiyədək Bakıda və ya da İranda müalicə olunurdular. Üstəlik xəstələr qan pereparatı tapmaqda da çətinliklərlə üzləşirdilər. Baş həkim deyir ki, Qan bankı həmin xəstələr üçün ümid yerinə çevrilib. Artıq üç xəstəyə bankdan qan verilib.


Donorlardan götürülən qan NMR QİÇS-lə Mübarizə Mərkəzində də yoxlanılır. Mərkəzin baş həkimi Hüseyn Mikayılovun sözlərinə görə, donorlardan alınan qan mərkəzin əməkdaşları tərəfindən yoxlanılır və onlara xüsusi sertifikatlar verilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG