Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Moskva-Peterburq qatarında qəzaya səbəb terror aktı olub


Bazar ertəsi axşam Novqorod vilayətində, Moskva-Peterburq yolunda sərnişin sürət qatarının qəzaya uğraması nəticəsində 60-dək adam yaralanıb.


33 adam xəstəxanaya yerləşdirilib, onlardan bəzisi ağır vəziyyətdədir.


Baş Prokurorluqdan bildiriblər ki, qəza əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Terrorizm maddəsi ilə cinayət işi açılıb.


Qatarın maşinisti Aleksey Fedotov «Azadlıq» radiosuna deyib ki, partlayış anında qatarın sürəti saatda 185 km olub. Tam dayanana qədər qatar 700 metr hərəkət edib.


XS
SM
MD
LG