Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Azərbaycan Rusiyadan yeni hərbi texnika alır


Ukrayna sülhməramlısı BTR-80 zirehli maşınında, İraq, avqust 2003

Ukrayna sülhməramlısı BTR-80 zirehli maşınında, İraq, avqust 2003

Azərbaycan və Qazaxıstan Rusiyadan yeni hərbi texnikanın alınması ilə bağlı 40 mln. dollar dəyərində müqavilə imzalayıblar.


«Trend» Rusiyanın «Vedomosti» qəzetinə istinadən xəbər verir ki, iyulda «Rosoboroneksport» Azərbaycana 70 yeni BTR-80 zirehli maşınlarının göndərilməsi ilə bağlı müqavilə bağlayıb.


Müqavilələrin mövcudluğunu Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. Nazirlikdən bildiriblər Azərbaycan BTR-80-dən baha olan, ən müasir BTR-90-nın ilk alıcısı ola bilər.


«Rosoboroneksport»da və Hərbi-sənaye şirkətində («Russkiye maşinı» holdinqinə daxildir, BTR-lərin istehsal olunan «Arzamas» maşın zavoduna nəzarət edir) məsələyə hər hansı şərh verməkdən boyun qaçırıblar.


«Eksport voorujeniy» jurnalının baş redaktoru Dmitri Vasilyevin sözlərinə görə, BTR-80 maşınlarının sonuncu yenilənmiş qiyməti 300 000 dollar idi. Bu isə o deməkdir ki, Qazaxıstan və Azərbaycana 150-yə yaxın BTR-80-nin satışı azı 40 mlyon dollar dəyərləndirilə bilər.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu isə «Azadlıq» radiosuna belə bir fakta malik olmadığını bildirib. Bununla belə cənab Sabiroğlu deyib: «Azərbaycan ordusu öz hərbi texnikasını gücləndirmək üçün istənilən zəruri tədbirləri həyata keçirir. Bu gün silahlı qüvvələrin modernləşdirilməsi qarşıda duran prioritet məsələlərdən biridir. Və bu işdə dövlət başçısı Müdafiə Nazirliyinə hər cür dəstək verir».


Günün bütün mövzuları

XS
SM
MD
LG