Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

Gül yenidən prezidentliyə namizəd oldu


Abdulla Gül Türkiyənin hakim partiyasından prezidentliyə namizəd olmaq təklifini qəbul edib

Abdulla Gül Türkiyənin hakim partiyasından prezidentliyə namizəd olmaq təklifini qəbul edib

Avqustun 13-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə keçiriləcək prezident seçkilərində öz namizədini müəyyənləşdirib. AKP-nin namizədi yenə də Abdulla Gül olub. İyulda erkən parlament seçkilərindən öncə AKP Gülün namizədliyini irəli sürsə də, o, məclisdə yetərli sayılan 367 səsi yığa bilməmişdi. Bunun ardınca Türkiyədə dünyəvi idarəetmə tərəfdarlarının çoxmilyonluq mitinqləri başlamışdı.


Türkiyənin xarici işlər naziri Abdulla Gül namizədliyini qəbul edib. Gül təklifi müzakirə etmək üçün parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayır. Artıq müxalifətdəki Milliyətçi Hərəkat Partiyası onunla ilk görüşə razılıq verib və parlamentdəki seçkilərə də qatılacağını bildirib.


Prezidentliyə namizədlər avqustun 19-a qədər qəbul ediləcək. Seçkilər avqustun 20-də keçiriləcək. Əgər hər hansı namizəd lazım olan 367 səs yığa bilməsə, ikinci tur avqustun 24 olacaq. Bu dəfə də lazım olan səslər yığılmasa, 3-cü turda 276 səs yığan prezident seçiləcək. Bu dəfə də nəticə olmasa, ən çox səs yığan iki namizəd 4-cü tura keçir. Qanuna görə parlament prezidenti seçə bilməsə, təkrar parlament seçkiləri keçirilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG